REGİONLAR


Cəlilabadda yeni heyvandarlıq kompleksi inşa edilir

A+ A

Cəlilabad, 6 dekabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Alar kəndində yeni heyvandarlıq kompleksinin tikintisinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, xaricdən gətiriləcək 1000 baş iribuynuzlu cins mal-qaranın saxlanması üçün nəzərdə tutulan kompleksin tikintisi üçün 5 hektar torpaq sahəsi ayrılıb. Hazırda kompleksdə beton, hörgü və qaynaq işləri aparılır.

Almaniya və Hollandiyadan südçülük istiqamətində gətiriləcək cins heyvanların bəsləniləcəyi kompleks avtomatik yemləmə sistemləri, bir dəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq və havalandırma qurğuları ilə təchiz ediləcək.

Heyvanların bol və keyfiyyətli yemlə təmin olunması üçün 1000 hektar sahədə silosluq qarğıdalı və digər yem bitkiləri əkiləcək. Gələcəkdə isə əlavə tikililərin hesabına kompleksin ərazisi genişləndirilərək 22 hektara çatdırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.