REGİONLAR


Cəlilabadın Alar kənd kitabxanasının binası əsaslı təmir olunub VİDEO

A+ A

Cəlilabad, 24 oktyabr, İ.Adıyev, AZƏRTAC

Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Alar kənd filialının binası əsaslı təmir və yenidənqurmadan sonra oxucuların istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, rayon icra hakimiyyətinin, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad Salmanov bildirib ki, əvvəllər bir otaqdan ibarət olan kitabxanada yenidənqurmadan sonra üç otaq yaradılıb. İnventar və avadanlıqlar da yenilənib.

Çıxışlarda ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

Tədbir balacaların ifasında konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.