REGİONLAR


Cəlilabadın Soyuqbulaq kəndinə ilk dəfə təbii qaz verilib

A+ A

Cəlilabad, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, oktyabrın 20-də Cəlilabad rayonunun Soyuqbulaq kəndinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, 222 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen və 21745 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 222 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Elçin Məmmədov sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində bu ilin 10 ayında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 11 kəndi qazlaşdırılıb.

Kənd sakinləri onların yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.