REGİONLAR


Cəlilabadın günəbaxan sahələrində bol məhsul yetişdirilib

A+ A

Cəlilabad, 4 iyul, Bağır Əliyev, AZƏRTAC

Bu il Cəlilabad rayonunun günəbaxan sahələrində bol məhsul yetişdirilib.

AZƏRTAC xəbər verir ki, havaların əlverişli keçməsi günəbaxan bitkisinin vegetasiya dövrünə müsbət təsir göstərdiyindən sahələrdə məhsul bolluğu müşahidə edilir. Əkin vaxtı suvarmada yaranan bütün çətinliklər aradan qaldırılıb. Hazırda sahələrə əsas sayılan sonuncu dən suyu verilir. Bu, toxumların tam yetişməsində mühüm rol oynayır.

İyulun 15-20-də rayonda məhsul yığımına başlanılacaq. Ötən il günəbaxanın hər kiloqramını müştərilərə topdan 50 qəpiyə təklif edən fermerlər, bu il sahələrdə yüksək məhsuldarlıq olacağına ümid edir, hər hektardan 2 ton məhsul götürməyi nəzərdə tutublar.

Bu il Cəlilabadda 217 hektar sahədə günəbaxan bitkisi əkilib. Hər hektardan orta hesabla 1,5 ton məhsul götürmək planlaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.