REGİONLAR


Cəlilabadın polis işçiləri peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər

A+ A

Cəlilabad, 3 iyul, Bağır Əliyev, AZƏRTAC

Cəlilabadda keçirilən tədbirdə polis işçiləri peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan mərkəzdə böyük rəhbərin zəngin, mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Toplantıda çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Vidadi Dövlətov polis işçilərini peşə bayramları münasibətilə təbrik edib.

Azərbaycan polisinin ən çətin məqamlarda dövlətçiliyimizi qoruduğunu, sabitliyin, əmin-amanlığın keşiyində layiqincə durduğunu vurğulayan V.Dövlətov vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi onların bu gün də vəzifə borclarını şərəflə yerinə yetirdiklərini diqqətə çatdırıb.

Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Namiq Camalov çıxışında Azərbaycan polisinin yarandığı gündən dövlətçiliyimizin və qanunçuluğumuzun keşiyində sayıq dayandığını, vətəndaşların hüquqlarının, ictimai asayişin qorunmasında əvəzsiz xidmətləri olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində Azərbaycanda milli polisin formalaşdığını, dövlətçiliyimizin dayaqlarından biri kimi çevik quruma çevrildiyini qeyd edən N.Camalov Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində polisin peşəkarlığının durmadan artırdığını, vətəndaşların rahatlığı üçün bütün qüvvələrin səfərbər edildiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.