REGİONLAR


Cəlilabadlı gənc hazırladığı avtomobilin eskizini “Lamborghini” şirkətinə göndərəcək VİDEO

A+ A

Cəlilabad, 3 noyabr, İlkin Adıyev, AZƏRTAC

Cəlilabadlı gənc dünyanın ən qabaqcıl avtomobil şirkətlərindən olan “Lamborghini” üçün yeni avtomobil dizaynı hazırlayıb.

AZƏRTAC xəbər verir ki, rayon sakini 31 yaşlı Elçin Quliyev ilk dəfə 2010-cu ildə “Cadillac ats” avtomobilinin yeni dizaynını işləyib və eskizi şirkətin Moskva filialına göndərib. Eskiz şirkət nümayəndələrinin diqqətini cəlb edib və avtomobilin 3D formatında şəklini istəyiblər. Amma Elçin kompüter proqramını bilmədiyindən eskizi 3D formatında işləyə bilməyib.

Bu yaxınlarda isə o, kartondan yeni dizaynda “Lamborghini” avtomobili hazırlayıb. Dörd aya ərsəyə gətirdiyi avtomobil dizaynı motor həcmi 6.7 litr olmaqla, 700 at gücünə hesablanıb. Hətta o, avtomobilinə ad da verib - “VİSİYON AS 70”.

Əsasən “SPEED CAR” modellərini işləməyə üstünlük verən Elçin digər avtomobillərin də yeni dizaynı üzərində çalışır.

Dizayner yaxın günlərdə müəllif hüququ almaq üçün Müəllif Hüquqları Agentliyinə müraciət edəcək. Sonra hazırladığı modeli “Lamborghini” avtomobil şirkətinə göndərəcək. Şirkətdən müsbət cavab alacağına inanan Elçinin ən böyük arzusu Azərbaycanı Avropada avtomobil dizaynı üzrə müsabiqələrdə təmsil etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.