MƏDƏNİYYƏT
“Celine” mağazasında da alış-verişi sərfəli qiymətlərlə edin
Bakı, 24 aprel, AZƏRTAC
Paytaxtımızda dünyanın məşhur brendlərini təklif edən mağazalardan biri olan “Celine”də festival güzəştlərini qaçırmayın. Bakı Şopinq Festivalının iştirakçısına çevrilən “Celine” mağazasında alış-veriş etməklə, keyfiyyəti ilə bütün dünyada məşhur olan brend malları çox sərfəli qiymətə ala biləcəksiniz.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri, Neftçilər prospekti, 25 A ünvanında yerləşən məşhur “Celine” mağazasında qiymətlər və şərtlər indiyədək heç vaxt belə sərfəli olmayıb.
Turistlər və Azərbaycan vətəndaşları festival müddətində “Celine” brend mağazasında alış-veriş etməklə sərfəli təkliflər alacaqlar. Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan bu mağazada seçilmiş mallara 30 faizədək güzəştlər təklif edilir. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Həmçinin alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan həmin mağazalarda alış-veriş etməklə, öz büdcələrinə qənaət etməyə dəvət edir.
Bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV-ni geri almaq istəyirsinizsə, Baku Şopinq Festivalı boyu “Celine” mağazasında alış-verişə tələsin.