Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Cəmiyyəti populist çıxışlarla aldatmaq mümkün deyil

Cəmiyyəti populist çıxışlarla aldatmaq mümkün deyil

Bakı, 10 iyul, AZƏRTAC

“Əmanətlərə görə ödənişlərin 2-3 faiz azalması xalqın cibinə girməkdirsə, onda sizin Heydər Əliyev hakimiyyətinə miras qoyub getdiyiniz illik 1800 faiz inflyasiyaya nə ad vermək olar?”.

Bu sualı Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov müxalifətə ünvanlayır.

İqtisadçı alim hesab edir ki, bütün səylərini birinci Avropa Oyunlarını pozmağa yönəltsələr də, onlar istədiklərinə nail ola bilmədilər. Alim yazır: “Azərbaycan bu mötəbər idman mərasimini çoxlarına nümunə ola biləcək səviyyədə keçirməyə müvəffəq oldu. Sözsüz ki, bu da dövlətimizin, onun maraqlarının qəsdinə durmaq kimi missiya daşıyıcısı olanları ciddi şəkildə narahat edir. Bu uğursuzluq onları daha da aqressivləşdirib və gözləmək olar ki, qarşıdakı mərhələdə daha iyrənc kampaniyalara əl atsınlar. Xaricdəki himayədarları hansı havanı sifariş edəcəklərsə, bunlar da həmin havaya qol götürüb oynamaq zorundadırlar. Hələlik isə ortaya bank, əmanət, kredit oyunlarını atıblar.

İqtisadi və maliyyə qanunlarının elementar tələblərinə qətiyyən uyğun gəlməyən, hətta qanunlarsız belə sadə məntiqdən çox-çox uzaq olan bu populist fikirlərlə cəmiyyətə təsir göstərməyə, “kreditlər silinəcək” kimi şaiyə yayıb sonra da insanları ümidsizliyə salmağa çalışırlar. Bu adamlar o qədər aciz vəziyyətdədirlər ki, bank sistemində baş verən hər hansı dəyişikliyi, “hakimiyyət xalqın cibinə girir” şəklində “şərh” edirlər ki, bu da çoxformalı siyasi əxlaqsızlığın elementlərindən biridir. Diqqət edin, əvvəlcə “Oyunlardan sonra hakimiyyət əhalinin banklardan götürdüyü bütün kiçik kreditləri bağışlayacaq” kimi yalanı dövriyyəyə buraxdılar. Bir neçə gündən sonra isə “Bu hakimiyyət belə humanist addım atmaz” sərlövhəli məqalələrlə çıxış etdilər. Daha başa düşmədilər ki, cəmiyyət artıq onların heç bir sözünü ciddi qəbul etmir. İnsanlar daha əvvəlki kimi hər deyilən sözə inanacaq səviyyədə deyillər. İndi cəmiyyət konkret fəaliyyət proqramlarına, gözlə görünən işlərə, saat mexanizmi kimi işləyən idarəçilik sisteminə inanır və buna hər hansı alternativ görmür. Bunun belə olduğunu “Məhsul” stadionunda keçirilən mitinqlərdə iştirak edən insanların sayı da göstərir...

Bəziləri anlamır ki, paslanmış üsullarla siyasi mübarizə aparmaq mümkün deyil. Köhnə, dəfələrlə istifadə olunmuş və heç bir nəticə verməyən vasitələr şübhəsiz ki, bundan sonra da səmərə verə bilməzlər. Oturub-durub deyirlər ki, Azərbaycanda söz, fikir azadlığı yoxdur. Nə qədər riyakar olmaq olar? Əgər Azərbaycanda söz, fikir azadlığı yoxdursa, onda bunlar uydurduqları yalanları hər gün necə tirajlaya bilirlər? Təminatsız istehlak kreditlərinin verilməsindəki riskləri minimuma endirmək məqsədilə bankların bu kreditlərin faiz dərəcələrini bir qədər artırmasını və ya dollarla olan əmanətlərə ödənilən faizlərin bir neçə bənd aşağı salınmasını “hakimiyyət xalqın pullarını əlindən alır”, “hakimiyyət xalqın cibinə girir” şəklində necə təqdim edə bilirlər? Kim kimin pullarını əlindən alır? Kim kimin cibinə girir? Sual olunur, əgər əmanətlərə görə ödənişlərin 2-3 faiz azalması xalqın cibinə girməkdirsə, onda sizin Heydər Əliyev hakimiyyətinə miras qoyub getdiyiniz illik 1800 faiz inflyasiyanın adı nə idi? Özəl bankların vəsaitləri ilə bağlı hökumət necə sərəncam verə bilər? Bunların yazdıqları məqalələr bağlı olduqları ölkələrdə işıq üzü görsəydi, hamısı qanun qarşısında dayanıb əməllərinə görə cavab verərdilər.

Əgər çağdaş dövrün iqtisadi prosesləri hər bir ölkədən öz iqtisadiyyatını və maliyyə sistemini ziyanlı təsirlərdən maksimum sığortalamağı tələb edirsə və Azərbaycanın da bank sistemi bununla bağlı müəyyən rıçaqlardan istifadə edərək ortaya çıxmış problemləri həll etməyə çalışırsa, bunu normal qəbul etmək lazımdır. Bu prosesə “xalqı soymaq” damğasını ancaq zəkasız adamlar vura bilər. Cəmiyyətə bu qədər ağ yalanlar söyləmək heç kəsə başucalığı gətirə bilməz.

Başqa bir yalan isə o qədər eybəcərdir ki, bunun yəqin heç bir şərhə ehtiyacı yoxdur. Baxın, Bakı şəhərindəki tıxaclar məsələsindən bəhs edən bu şərbazlar nə yazırlar: “Onun da fərqindəyik ki, son 20 il ərzində şəhərdə küçələr genişləndirilsəydi, normal ictimai nəqliyyat və dayanacaqlar şəbəkəsi qurulsaydı, indiki tıxac problemi olmazdı”. Bakıda son 15 ildə yeni yolların çəkilməsi, mövcud yolların genişləndirilməsi, körpülərin tikilməsi və ümumiyyətlə nəqliyyatın hərəkətinin yaxşılaşdırılması sahəsində nə qədər işlər aparıldığını hamımız görür, müşahidə edir və bu yollardan istifadə edirik. Dünyanın heç bir şəhərində belə az vaxt ərzində bu qədər nəhəng yol infrastrukturu qurulmayıb. Bu qədər işi görməzliyə vurub ancaq qarayaxma ilə məşğul olmaq xəstə təxəyyülün məhsulu ola bilər. Sözsüz ki, qısa müddətdə dörd müavinini “çıxdaş” edənlər sağlam düşüncə daşıyıcısı ola bilməzlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Yaşıl dünyamız gözlərə nur verən elmin işığında