REGİONLAR


Cənnət uzaqda deyil: Murov obaları VİDEO

Goranboy, 14 iyul, Rauf Hacıyev, AZƏRTAC

Qızmar yay aylarında hər kəs şəhərin cansıxıcı istisindən və səs-küyündən baş götürüb təbiət qoynuna çəkilmək istəyir. İstirahət günlərini daha mənalı və yaddaqalan keçirmək istəyənlər üçün ilk ağla gələn münasib məkan seçimi və məzuniyyət günlərini bədxərclik etmədən xoş xatirəyə çevirməkdir. Belə günlərdə kənd turizminin imkanlarından yararlanmaq istəyənlər üçün Murov obaları ən münasib seçimdir.

Bu məkanı kəşf olunmamış cənnət də adlandırmaq olar. Murov obaları və dağın ətəyindəki kəndlər Goranboy rayonunun inzibati ərazisinə daxildir. Goranboy rayonu ilə Murov obaları arasındakı məsafə 45 kilometrdən çox deyil. Rayon mərkəzindən Yuxarı Ağcakəndə gəlmək, oradan isə Rus Borisi kəndinə qalxmaqla ömür boyu unudulmayacaq füsunkar və bənzərsiz təbiət mənzərələrini seyr etmək mümkündür. Zəngin floraya sahib bu obalar lalələrlə örtülüb.

Rus Borisinin sakinləri tərəfindən qonaqlara göstərilən mehribanlıq, səxavət və səmimilik bu kəndin ən gözəl adətlərindəndir. Yay günlərində burada qalmaq üçün kənd sakinləri tərəfindən bir aylıq 40-50 manata ev kirayələmək də mümkündür.

AZƏRTAC bölgə müxbiri Rauf Hacıyevin Murov obalarından çəkdiyi fotoreportajı təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.