Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin Üçüncü Görüşünün Birgə Bəyannaməsi

Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin Üçüncü Görüşünün Birgə Bəyannaməsi

Bakı, 24 fevral, AZƏRTAC

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Böyük Britaniya, ABŞ nümayəndələrinin və Avropa Komissiyasının vitse-prezidenti Birgə Bəyannamə imzalayıb.

Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən bildirilib.

Bəyannamədə fevralın 23-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının iştirakçıları Azərbaycandan Gürcüstana, Türkiyəyə və daha sonra Avropa ölkələrinə qazın etibarlı və dayanıqlı təchizatını təmin etmək üçün Cənub Qaz Dəhlizi istiqaməti üzrə yerləşən ölkələrlə enerji resurslarının daşıyıcıları, təchizatçıları və istehlakçıları arasında uzunmüddətli strateji əlaqələri davam etdirmək və dərinləşdirmək əzmində olduqlarını bəyan ediblər.

Sənəddə 2015-ci il fevralın 12-də və 2016-cı il fevralın 29-da Bakıda nazirlər səviyyəsində keçirilmiş 1-ci və 2-ci toplantılardan sonra “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində əldə olunmuş əhəmiyyətli nailiyyətlər alqışlanaraq, “Cənub Qaz Dəhlizi”nin tikintisinin yubanmalarsız başa çatdırılması üçün zəruri ilkin normativ və hüquqi sənədlərin, eləcə də icazə və səlahiyyətlərin verilməsinə aid prosedurların son təsdiqlənməsində aidiyyəti ölkələrin bundan sonrakı səylərinin dəstəkləndiyi əks olunub. Bildirilir ki, mövcud olan və planlaşdırılan infrastruktur sahibləri ilə, o cümlədən Mərkəzi və Cənub-Şərqi Avropada Qazötürücü Şəbəkənin İnşası strukturu (CESEC) çərçivəsində əməkdaşlıq üçün texniki və kommersiya imkanlarının qiymətləndirilməsi yolu ilə Cənub Qaz Dəhlizinin Enerji İcmasının Balkanlardakı ölkələri kimi digər bazarlara, o cümlədən Avropa İttifaqının hüdudlarından kənara genişləndirilməsinə rəvac verməyə davam etdiriləcək: “Biz Yunanıstan-Bolqarıstan Birləşdirici Boru Kəməri, İonik-Adriatik Boru Kəməri və Türkiyə-Bolqarıstan layihələrindəki maraqlarımızı müdafiə edirik. Avropadakı ölkələrin, onların Enerji təhlükəsizliyini gücləndirmək üçün enerji təcrid etməsinə son qoymağa can atacağıq”.

İştirakçılar “Cənub Qaz Dəhlizi” çərçivəsində layihələrin əlçatan şəkildə maliyyələşdirilməsinin təmin edilməsində beynəlxalq maliyyə qurumlarının əzmini alqışladıqlarını, əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də milli, Avropa və regional maliyyə qurumlarının şəffaf, proqnozlaşdırılan və stabil normativ şəraitin yaradılması vasitəsilə cəlb edilməsi mexanizmlərinin effektivliyinin artırılması üzrə daha sonrakı səyləri dəstəklədiklərini bəyan edərək, beynəlxalq maliyyə qurumlarını “Cənub Qaz Dəhlizi”nə dəstəyi gücləndirməyə çağırıblar.

Bundan başqa, iştirakçıların Avropa Komissiyasının daimi dəstəyi və Enerji İttifaqının Çərçivə Strategiyasının ən yaxşı tərzdə istifadə edilməsi yolu ilə “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsindən ötrü regionda və onun hüdudlarından kənarda strateji enerji tərəfdaşlığına rəvac verdikləri qeyd edilib.

Sənəddə deyilir: ““Cənub Qaz Dəhlizi”ni təchizatçılar və ya tranzit ölkələr qismində mümkün gələcək iştirakçılar üçün əlçatan etmək üçün biz ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə, həmçinin “Cənub Qaz Dəhlizi”nin gələcəkdə hər hansı genişləndirilməsinin realizə olunması zamanı meydana çıxa biləcək aidiyyəti hüquqi məsələlərin, normativ tənzimləmə məsələlərinin və narahatlıq predmeti olan təhlükəsizlik məsələlərinin ən praktik surətdə və vaxtlı-vaxtında həll edilməsi üçün işçi səviyyəsində məsləhətləşmələri davam etdirməyə öz qəti niyyətimizi bir daha təsdiqləyirik”.

Bundan başqa, Avropaya əlavə qazın nəql edilməsinə dair müvafiq danışıqların başlanmasına dəstək ifadə edilib. Yekun olaraq, Birgə Bəyannamədə iştirakçılar bildiriblər: ““Cənub Qaz Dəhlizi”nin həyata keçirilmə mərhələsinə çatdığımızı nəzərə alaraq, biz hazırda “Cənub Qaz Dəhlizi”nin gələcək həcmlər, yeni birləşdirici kəmərlər və əlavə bazarlar daxil olmaqla, daha sonrakı inkişafının qiymətləndirilməsinə başlayırıq”.

Qeyd edək ki, Birgə Bəyannamənin mətni vətəndaşların təhlükəziliyinin və rifahının, habelə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üzrə ümumi məqsədlər əsasında strateji tərəfdaşlığa, aşağı karbonlu, təhlükəsiz və rəqabətədavamlı iqtisadiyyata keçməyə nail olmaq üçün gələcəyə istiqamətlənən İqlim Dəyişikliyi Siyasətli çevik Enerji Birliyi üçün çərçivə strategiyasına uyğun olaraq bütöv Avropa enerji sisteminin qurulmasının və enerji mənbələrinin şaxələndirilməsinin, təchizatın və enerjinin nəqli marşrutlarının təhlükəsizliyinin vacibliyinə, “Cənub Qaz Dəhlizi”nin Avropaya yeni təbii qaz mənbələrinin şaxələndirilməsini təmin edən Avropa İttifaqının strateji layihəsi kimi tanınmasına əsaslanıb.

Bununla yanaşı, Azərbaycanın təhlükəsiz, etibarlı, rəqabətədavamlı və əlçatan enerjinin Gürcüstan, Türkiyə və Avropadakı müştərilərinə çatdırmaq səyləri ilə “Cənub Qaz Dəhlizi”nin təkanverici qüvvəsi kimi strateji rolu, Azərbaycanda Avropanı əlavə qaz həcmləri ilə təmin edə bilən işlənməmiş əhəmiyyətli qaz ehtiyatlarının olması və “Cənub Qaz Dəhlizi”nin növbəti inkişaf mərhələsində Azərbaycanın və investisiya şirkətlərinin “Abşeron”, “Ümid”, “Babək”, “Qarabağ”, “Dan Ulduzu”, “Əşrəfi”, “Şahdəniz-3” və digər layihələrinin işlənməsinə kömək etmək qərarı, eləcə də “Şahdəniz” yatağının işlənməsinə dair hasilatın pay bölgüsü sazişinin (HPBS) müddətinin 2048-ci ilədək, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsinə dair HPBS-in müddətinin 2050-ci ilədək uzadılmasına dair əldə olunmuş razılıqlar nəzərə alınıb. Türkiyə və Gürcüstanın ərazilərindəki enerji layihələrinin və Xəzər dənizindən Avropaya qədər uzanan nəqliyyat dəhlizlərinin uğurlu fəaliyyətinin təmin edilməsində, Albaniya, Yunanıstan və İtaliyanın “Trans-Adriatik” boru kəməri layihəsinin icra olunmasında irəliləyişə görə xüsusi rolu qiymətləndirilib. Amerika Birləşmiş Ştatlarının Xəzər Dənizindən Avropaya nəqliyyat dəhlizinin, “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsinə və Xəzər regionunda ümumi təhlükəsizliyə davamlı dəstəyi, Xorvatiya, Monteneqro, habelə Bosniya və Herseqovinanın nümayəndə heyətlərinin iclasda müşahidəçi qismində iştirakı və Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP layihələrinin Avropa İttifaqının Ümumi Maraq Layihələrinin siyahısına daxil edilməsi mühüm məqamlar kimi nəzərə alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub