İQTİSADİYYAT


“Cənub Qaz Dəhlizi” QSC TANAP-dakı səhmlərinin 8 faizini “SOCAR Turkey Enerji A.Ş.”yə verəcək

A+ A

Bakı, 15 dekabr, Nihad Budaqov, AZƏRTAC

Azərbaycanın Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsindəki səhmdarı mövqeyində olan “Cənub Qaz Dəhlizi” QSC 58 faizlik səhmlərinın 8 faizini “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ) verəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Bununla bağlı tərəfdaşlarımızla müvafiq işlər görülür. Bu prosesin yaxın vaxtlarda başa çatması nəzərdə tutulur”, - deyə SOCAR-ın prezidenti bildirib.

Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.