DÜNYA


Cənub-Şərqi Asiya ölkələri qanunsuz yaraqlılara qarşı mübarizəni gücləndirmək barədə razılığa gəliblər

Tokio, 30 iyul, AZƏRTAC 

Artıq iki aydan çoxdur ki, Filippinin cənubundakı Mindanao adasında İŞİD yaraqlıları ilə hökumət qüvvələri arasında qanlı qarşıdurma davam edir.

Həmin yaraqlılar qrupuna İndoneziyadan yeni dəstələrin qoşulduğu bildirilir.

NHK telekanalı məlumat yayıb ki, Cənub-Şərqi Asiyanın beş ölkəsi və Avstraliyanın antiterror əməliyyatlarına cavabdeh olan nazirləri vəziyyəti müzakirə etmək üçün İndoneziyanın Sulavesi adasında bir araya gəliblər.

Görüş zamanı yaraqlıların yerdəyişməsi ilə bağlı informasiya mübadiləsinin təşkili və onların hərəkətinin qarşısını almaq üçün sərhəd rejiminin gücləndirilməsi barədə razılıq əldə edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.