REGİONLAR


Cənub bölgəsində “Dostluq kuboku” layihəsinin icrası davam edir

A+ A

Cəlilabad, 21 noyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Dostluq kuboku” layihəsi çərçivəsində ölkəmizin cənub bölgəsində futzal oyunun təbliği ilə əlaqədar tədbirlər davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Biləsuvar, Cəlilabad və Masallı rayonlarının ümumtəhsil məktəblərində təhsil alan XI-XI sinif şagirdlərinin, həmçinin bu rayonlarda fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan gənclərin iştirakı ilə təlimlər keçirilib.

Regionun hər üç rayonunda təbliğat və təşviqat işləri tamamlandıqdan sonra layihənin ikinci - praktik mərhələsinə start veriləcək, hər üç rayonun futzal komandaları “Dostluq kuboku” yarışına qəbul olunacaq.

Sonda ilk iki yerə layiq görülmüş komandalar kubok, diplom və idman formaları ilə mükafatlandırılacaq.

Qeyd edək ki, layihənin məqsədi futzal idman növünün qaydalarını gənclər arasında geniş təbliğ etmək və onların asudə vaxtlarını səmərəli keçirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.