REGİONLAR


Cənub bölgəsində gənclərin peşə və sahibkarlıq bacarıqları artırılır

Astara, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC

“Gənclərin inkişafına dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Cənublu gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması” adlı layihənin icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Lənkəran, Masallı, Astara, Yardımlı, Cəlilabad və Lerik rayonlarında gənclərin peşə və ixtisas bacarıqlarının artırılması, onlara peşə biliklərinin aşılanması, innovativ düşüncənin, peşəkarlığın, biznesyönümlü düşüncənin, təşəbbüskarlığın yüksəldilməsi məqsədilə maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulub.

Təlimlərdə gənclər, xüsusilə də ali və orta ixtisas təhsili müəssisələrinin sonuncu kurs tələbələri iştirak edirlər.

Layihə çərçivəsində Astara şəhərindəki “Şindan” hotelində “Biznesə başla” mövzusunda təlim keçirilib.

Astara Pedaqoji Kollecinin tələbələrinin, şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin böyük məsləhətçisi Fikrət Talıbov, gənclər və idman idarəsinin baş məsləhətçisi Elnur Qurbanlı, “Gənclərin inkişafına dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Murad İbrahimov mövzu ilə bağlı çıxış ediblər.

Maarifləndirici tədbirdə təlimçi Nihad Mahmudlu region gənclərinin məşğulluğu, iş mühitinə, peşə bacarıqlarının inkişaf etdirilməsinə, biznesə, sahibkarlığa, xüsusilə də kənd təsərrüfatı sahibkarlığına cəlb etməklə iqtisadiyyatımızın inkişafına dəstək vermək, həmçinin innovativ düşüncə bacarıqlarının artırılmasına yardımçı olmaqla bağlı təqdimatla çıxış edib.

Təlim məşğələsində gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara şəhadətnamələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.