REGİONLAR


Cənub bölgəsində növbəti buraxılış imtahanlarında  10751 şagird iştirak edib

Astara, 23 iyun, Bağır Əliyev, AZƏRTAC

İyunun 23-də Dövlət İmtahan Mərkəzinin orta ümumtəhsil məktəblərinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi növbəti buraxılış imtahanlarında ölkəmizin cənub bölgəsində 10751şagird iştirak edib.

AZƏRTAC xəbər verir ki, buraxılış imtahanlarının keçirilməsi üçün Astara, Lənkəran, Lerik və Masallı rayonlarında 21 imtahan binası ayrılıb.

İmtahanların idarə olunmasına bölgə üzrə 46 imtahan rəhbəri, 566 nəzarətçi-müəllim cəlb olunub.

Buraxılış imtahanlarının növbəti mərhələsində iştirak edən şagirdlərə buraxılış vəsiqəsi ilə yanaşı, “Yaddaş kitabçası” da verilib. Şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr çatdırılıb.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdlər üçün isə saat 15:00-da başlanıb.

Cənub bölgəsində buraxılış imtahanlarında hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.