Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsində uşaqların bayram sevinci

Lənkəran-Cəlilabad-Masallı, 1 iyun, Bağır Əliyev, AZƏRTAC

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, ölkəmizin cənub bölgəsində də bayram sevinci ilə qeyd olunub.

Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçilər, uşaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Mərkəzin foyesində uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olub, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlarla görüşlərini əks etdirən videoçarxa baxıblar.

Rayonun ümumtəhsil və musiqi məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin şagird və uşaq kollektivlərinin iştirakı ilə hazırlanmış bayram konserti tamaşaçılar tərəfindən razılıqla qarşılanıb.

X X X

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Kapital Bank” Lənkəranda “Nağıllara səyahət” adlı sosial layihənin təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunub.

Uşaqlar Lənkəran Dövlət Dram Teatrında Ələsgər Qurbanovun “Ceyranın ad günü” tamaşasına baxıblar.

Maraqla izlənilən səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Tamaşada rolları Əməkdar Artist Sücəddin Mirzəyev, aktyorlardan Qızılgül Quliyeva, Emin Fərzullayev, Səyyad Əliyev, Təranə Fərəcova, Şəbnəm Hüseynova, Günel Abbaszadə, Aysel Cahangirli və başqaları ifa ediblər.

“Kapital Bank” tərəfindən uşaqlara hədiyyələr verilib.

X X X

İyunun 1-də Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrəngahında Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram coşqusu ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bayram şənliyində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, uşaq problemlərinə diqqətin artırılmasından danışıb. Qeyd olunub ki, BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə keçirilən Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin olunması ilə bağlı təkliflər səsləndirilib və 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar qəbul olunub. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da hər il qeyd olunur.

Cəlilabad Rayon Uşaq Yaradıcılıq Mərkəzinin bədii özfəaliyyət kollektivləri və uşaq bağçalarının şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Tədbir bayram konserti ilə davam edib.

X X X

Masallı şəhərindəki “Viləş” uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirdə rayonda fəaliyyət göstərən uşaq bağçalarının fidanları, tərbiyəçi-müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova uşaqları əlamətdar gün münasibətilə təbrik edib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir.

Tədbir nağıl əsasında qurulmuş uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Sonda uşaqlara hədiyyələr verilib.

X X X

İyunun 1-də Masallı şəhərindəki Gənclər Mərkəzində uşaqlar və yeniyetmələrin Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi-müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı Rayon Dövlət Rəsm Qalereyasının direktoru Tofiq Fərəcov, təhsil şöbəsinin metodisti Əyyar Bürhanov əlamətdar gün münasibətilə uşaqlara ən xoş arzularını çatdırıblar.

Rəsm sərgisi müsabiqəsində Böyük Xocavar kənd tam orta məktəbin şagirdi Fatimə Qəzənfərova, Musaküçə kənd tam orta məktəbin şagirdi Nəzrin Həmzalı, Böyük Xocavar kənd tam orta məktəbin şagirdi Qulam Cavadov müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Müsabiqədə fərqləndiyinə görə “Dəfinə” məktəb-liseyinin şagirdi Ləman Məmmədli, Yeddioymaq kənd 1 nömrəli tam orta məktəbin şagirdi Zabitə Quliyeva diplomlarla mükafatlandırılıblar.

Əl işləri sərgi-müsabiqəsində Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin şagirdi Solmaz Abbasova, şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nilufər Məmmədova, Musaküçə kənd tam orta məktəbin şagirdi Xəyalə Hüseynova fərqləniblər.

Qaliblərə diplom və xatirə hədiyyələri verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib