REGİONLAR


Cənub bölgəsinə yağan aramsız yağışlar çaylarda suyun səviyyəsinin artmasına səbəb olub

A+ A

Astara, 3 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 1-də axşam saatlarından başlayaraq cənub bölgəsində küləklə müşahidə olunan aramsız yağışlar yaşayış məntəqələrinə təsirsiz ötüşməyib.

AZƏRTAC xəbər verir ki, intensiv yağışlar bölgədə ciddi fəsadlar törətməsə də, bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr olub, avtonəqliyyatın və piyadaların hərəkətində bir sıra çətinliklər yaranıb. Çaylarda suyun səviyyəsi 70 santimetr artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun verdiyi məlumata görə, yağıntı ən çox Astara və Lənkəran rayonlarının ərazisinə düşüb.

Cənub bölgəsində ən çox yağıntı Lənkəran rayonunun Daşdatük kəndi ərazisində müşahidə olunub. Burada yağıntının miqdarı 108,6 millimetr təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.