REGİONLAR


Cənub bölgəsinin məktəbliləri Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları ilə yaxından tanış olacaqlar

A+ A

Lənkəran, 12 noyabr, Bağır Əliyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 12-dən 15-dək davam edəcək tur-aksiyanın Lənkəran, Lerik, Yardımlı və Masallı rayonlarından olan iştirakçıları - ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 12-də ölkənin Qərb bölgəsinə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə tur-aksiya iştirakçılarının yolasalma mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, təhsil işçiləri və valideynlər iştirak ediblər.

Məktəblilər və müəllimlər dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.

Yolasalma mərasimlərində çıxış edən rayon icra hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri, valideynlər dövlətimizin başçısının tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün təşkil edilmiş “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək dəyərləndirərək məktəblilərə Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.