İQTİSADİYYAT
“Cənub” qaz dəhlizi Qara dəniz və Xəzər dənizi hövzələrinin dövlətləri üçün yeni imkanlar açacaq
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasimdəki çıxışında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Bu, Avropanın enerji xəritəsini dəyişdirəcək, – cənab Prezident İlham Əliyev bunu çox düzgün qeyd etdi, - Avropada istehlakçılar üçün Xəzər dənizinin neft və qaz ehtiyatlarına yeni imkanlar açacaq. Qara dəniz və Xəzər dənizi hövzələrinin dövlətləri üçün yeni imkanlar açılacaq. Biz mövcud infrastrukturu - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa layihələrini genişləndirərək regional əməkdaşlığı və inkişafı təmin edəcəyik. İqtisadi inkişafa mühüm töhfə veriləcəkdir” - deyə Gürcüstanın Baş naziri bildirib.