DÜNYA
Cənubi Afrikada alnında 12 rəqəmi yazılan uşaq doğulub
Bakı, 28 mart, AZƏRTAC
Cənubi Afrikada Hanru van Niekerk adlı körpə alnında 12 rəqəmi ilə dünyaya gəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Hanru van Niekerk ötən il noyabrın 11-də doğulsa da, körpənin nənəsi Catherine Joost 2-3 ay sonra uşağın alnındakının 12 rəqəmi olduğunun fərqinə varıb. Həkimlər ailəyə narahat olmamağı tövsiyə ediblər. Bildiriblər ki, zaman keçdikcə körpənin alnındakı rəqəm də solaraq yoxa çıxacaq.
Cənubi Afrikada Johannesburg şəhərində yaşayan ailə isə bu vəziyyəti özlərinə dərd etmirlər. Əksinə ətrafdakıların körpə ilə maraqlanmasından məmnundurlar. Körpəni görənlər isə zarafatla onun dünyaya bir gün tez gəldiyini deyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]