DÜNYA
Cənubi Koreya Prezidenti KXDR lideri ilə görüşməyə hazırdır
Bakı, 6 iyul, AZƏRTAC
Koreya Respublikasının Prezidenti Mun Çe-in KXDR lideri Kim Çen Inla görüşməyə hazır olduğunu bəyan edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, prezident görüşün lazımi şərtlərlə istənilən zaman və istənilən yerdə baş tuta biləcəyini deyib.
“Koreya yarımadasında hazırkı gərgin və münaqişəli vəziyyəti dəyişmək üçün şans və lazımi şərtlər yaranarsa, mən Şimali Koreya lideri Kim Çen Inla istənilən zaman və istənilən yerdə görüşməyə hazıram”, - deyə Berlində səfərdə olan Cənubi Koreya Prezidenti bildirib.
Pxenyanı dialoqa qayıtmağa çağıran Mun Çe-in, həmçinin bunun üçün hazırda ola bilsin ki, sonuncu və daha əlverişli vaxtın yetişdiyini də qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]