DÜNYA


Cənubi Koreya prezidenti ABŞ, Çin, Rusiya və Aİ-yə xüsusi nümayəndələr göndərir

Bakı, 17 may, AZƏRTAC

Cənubi Koreyanın yeni Prezidenti Mun Ce-in yüksək səviyyəli görüşlərin keçirilməsi və ölkələrinin xarici siyasətinin koordinasiyası üçün ABŞ, Çin, Yaponiya, Rusiya və Avropa İttifaqına xüsusi nümayəndələr göndərir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, xüsusi nümayəndə Mun Xi San artıq Yaponiyaya gəlib. Onun mayın 18-də Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşəcəyi gözlənilir. Hər iki tərəf əvvəlki iki prezidentin dövründə nəzərəçarpacaq dərəcədə korlanan münasibətlərin düzələcəyinə ümid bəsləyir.

ABŞ-a yollanan Xon Sok Xönün səfərinin məqsədi KXDR probleminin müzakirəsi və iki ölkə prezidentlərinin iyun ayının sonlarına planlaşdırılan görüşünə hazırlıq ilə bağlı olacaq.

Koreya Respublikasının keçmiş baş naziri Li Xe Çxan mayın 18-də Çinə yola düşəcək. Digər xüsusi nümayəndələrin isə Avropa İttifaqına və Rusiyaya gələn həftə gedəcəyi bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.