DÜNYA


Cənubi Koreya şimal qonşusuna danışıqlar təklif edir

Bakı, 17 iyul, AZƏRTAC

Cənubi Koreya 2015-ci ildən bəri ilk dəfə olaraq KXDR-ə yarımadada yaranan hərbi gərginliyi azaltmaq üçün müdafiə qurumları səviyyəsində danışıqlar aparmağı təklif edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, danışıqların 1953-cü ildə Cənub və Şimal arasında atəşkəs barədə razılığa gəlindiyi Pxanmuncom kəndində keçirilməsi təklifi irəli sürülüb.

Koreya Respublikasının müdafiə nazirinin müavini So Çxu Sok deyib: “Biz demarkasiya xəttində gərginliyi artıran bütün düşmənçilik fəaliyyətlərə son qoymaq üçün iyulun 21-də Pxanmuncom kəndinin şimalındakı “Tonqilqak” binasında müdafiə qurumları nümayəndələrinin danışıqlar aparmasını təklif etmişik”.

Koreya Respublikasının Prezidenti Mun Ce-in 6-da Koreya müharibəsinin bitməsinin 64-cü ildönümü ilə əlaqədar sərhəddə hərbi təlimlərin qarşılıqlı surətdə dayandırılması barədə təşəbbüslə çıxış etmişdi. Cənubi Koreya diplomatlarının məlumatına əsasən, Pxenyan bu çıxışa müsbət yanaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.