DÜNYA


Cənubi Koreya: təbii fəlakət bölgəsinə 5,5 min hərbçi göndərilib

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Cənubi Koreyada leysan yağışları ilə müşayiət olunan “Çaba” qasırğası azı 7 nəfərin ölümünə səbəb olub, 3 nəfər isə itkin düşüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bölgəyə 5,5 min hərbçi göndərilib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, həlak olanlardan biri Seuldan 400 kilometr uzaqlıqda yerləşən Ulsan şəhərində xilasetmə əməliyyatı zamanı itkin düşən yanğınsöndürəndir. Onun cəsədi selin apardığı yerdən 3 kilometr aralıda aşkarlanıb.

Qasırğa zamanı küləyin sürəti saniyədə 56 metrə çatıb, bəzi yerlərə 600 millimetr yağıntı düşüb. İlkin hesablamalara görə, təbii fəlakət Cənubi Koreyaya 8 milyard von (71,7 milyon dollar) zərər vurub.

Sinoptiklərin məlumatına əsasən, “Çaba” qasırğası artıq Koreya ərazisini tərk edərək Yaponiya sahillərinə yaxınlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.