DÜNYA


Cənubi Koreyada varlılar daha çox vergi ödəyəcəklər

Bakı, 13 iyul, AZƏRTAC 

Cənubi Koreyanın yeni Prezidenti Mun Çje İn vergi sisteminin nəzərdə tutulan islahatı haqqında məlumat verib.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, hökumət ölkə iqtisadiyyatında dominantlıq edən ən varlı vergiödəyicilərindən tutulan vergini artıracaq.

Yerli KİV-in məlumatına əsəsən, dövlət başçısı əvvəlki hakimiyyət tərəfindən yürüdülən “ədalətsiz” vergi siyasətinin kökünü kəsmək niyyətindədir.

Bundan əlavə, hökumət Cənubi Koreyada yeni vergi sisteminin işlənilib hazırlanması üçün komitə təşkil edib.

Gözlənildiyinə görə, yeni vergi sistemi aşağı və orta gəlirli vergiödəyiciləri üçün daha geniş güzəştləri əhatə edəcək. Təkliflər arasında əhalinin vergi tutulan gəlirlərindən icarə ödənişlərinin müəyyən hissəsinin çıxılması da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.