DÜNYA


Cənubi Koreyanın sahil mühafizəçiləri dörd şimalı koreyalı balıqçını xilas ediblər

Bakı, 5 iyun, AZƏRTAC

Cənubi Koreyanın sahil mühafizə xidmətinin hərbçiləri ölkənin şərq sahil sularında iki ayrı qayıqda 4 şimali koreyalını xilas ediblər.

Yonhap agentliyi Cənubi Koreyanın Birləşmə Nazirliyinə istinadla xəbər verir ki, üç balıqçı bir qayıqda, biri isə digər qayıqda tək olubmuş. Nazirliyin rəsmisi Li Duk-haenq Şimali Koreya vətəndaşlarının xilası ilə bağlı hazırda araşdırma aparıldığını, onların Şimali Koreyaya qaytarılmasına dair qərarı Cənubi Koreya hökumətinin verəcəyini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl də Cənubi Koreya sularında xilas edilmiş 6 şimali koreyalı balıqçı ölkələrinə təhvil verilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.