İQTİSADİYYAT


Cənubi Qafqaz Boru Kəməri ilə gündə orta hesabla 21,4 milyon kubmetr qaz ötürülüb

Bakı, 10 may, AZƏRTAC

Cari ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 21,4 milyon kubmetr qaz olub. Rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 6 milyon dollar əməliyyat və 191 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Xatırladaq ki, 2006-cı ilin sonlarında istismara verilən boru kəməri “Şahdəniz” qazını Gürcüstan və Türkiyəyə çatdırır. Kəmərin operatorları BP şirkəti və SOCAR-dır.

Cənubi Qafqaz Boru Kəməri şirkəti sərmayədarlarının pay bölgüsü belədir: BP (operator) – 28,8 faiz, “AzCQBK” - 10 faiz, “SNG Midstream” - 6,7 faiz, “Petronas” - 15,5 faiz, “LUKOIL” - 10 faiz, “NICO” - 10 faiz və “TPAO” - 19 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.