İQTİSADİYYAT


Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə 129 kilometr uzunluğunda borular qaynaq edilib

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Cari ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə 129 kilometr uzunluğunda borular qaynaq olunub.

“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, layihə üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu aparılır. Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqdadır. Təqribən 129 kilometr uzunluğunda borular artıq qaynaq edilib, 112 kilometr boru örtüklənib və 85 kilometr boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir.

Boru kəmərinin Azərbaycan hissəsi üçün lazım olan boru tədarükünün hamısı artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir. Göyçayda ikinci üfüqi istiqamətdə qazma işləri də ilin ikinci rübündə tamamlanıb.

Bu ilin ikinci rübündə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam edib. Kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam edib və 52 kilometrə yaxın boru qaynaq olunub, 28 kilometrdən çox boru örtüklənib, 17 kilometrə yaxın boru isə xəndəyə endirilib.

Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri görülür. Birinci kompressor stansiyasında işlər 57 faiz, ikinci kompressor stansiyasında isə 29 faiz tamamlanıb. Ölçmə stansiyasının tikintisinin 36 faizi tamamlanıb və 2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.