İQTİSADİYYAT


Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə tikinti işlərinin 45 faizi tamamlanıb

A+ A

Bakı, 22 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə tikinti işlərinin 45 faizi yerinə yetirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin "Şahdəniz-2" üzrə vitse-prezidenti Yuan Dramond deyib. O bildirib ki, Azərbaycanda magistral boru xəttinin tikintisi davam edir. Boru kəməri marşrutunun təxminən 183 kilometrlik hissəsində borular qaynaq edilib və 160 kilometrlik hissədə borular xəndəklərə endirilib. Boru kəmərinin Azərbaycan hissəsi üçün lazım olan örtüklənmiş boruların bütöv ehtiyatı Muğan, Kürdəmir, Qazançı, Yevlax və Dəllər boru anbarlarında hazır vəziyyətdədir. Göyçayda ikinci üfüqi maili qazma işləri aparılan sahə artıq tamamlanıb.

“Layihə üzrə Gürcüstanda da xəndəklərin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam edir. Boru kəməri marşrutunun təxminən 59 kilometrlik hissəsində borular qaynaq edilib, 42 kilometrlik hissədə borular xəndəklərə endirilib. Hər iki kompressor stansiyasında da tikinti işləri davam edir. Birinci stansiya üzrə işlərdə 72 faiz, ikinci stansiyada isə 32 faiz irəliləyiş əldə olunub. Nəzarət-ölçü stansiyasında tikinti işlərinin təxminən 57 faizi tamamlanıb”, - deyə Y.Dramond əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.