Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Cənubi Qafqazda münaqişələrin həlli: nazirlərin Moskva görüşü fonunda

Cənubi Qafqazda münaqişələrin həlli: nazirlərin Moskva görüşü fonunda

Rusiya XİN rəhbəri Sergey Lavrovun təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Müzakirələrdə S.Lavrov da iştirak edib. E.Məmmədyarov və E.Nalbandyan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqlar aparıblar. Müzakirələr və gəlinən qənaətlər barədə geniş məlumat verilmir. Lakin Rusiya KİV tərəflərin münaqişə ilə bağlı müzakirələri davam etdirmək qərarına gəldiklərini vurğulayır. Buna rəğmən, Ermənistanın siyasi rəhbərliyi və KİV-i Azərbaycan əleyhinə təxribatçı informasiyalar yaymaqdan çəkinməyiblər. Onlar əvvəlcədən Azərbaycanın danışıqlarda guya maraqlı olmadığını yazıb və faktiki olaraq, Rusiya XİN-in təşəbbüsünü aşağılayıblar. Üstəlik, Ermənistan XİN-in sözçüsü birbaşa Bakını ittiham edən fikir söyləyib. Bunlar İrəvanın real olaraq münaqişənin sülh yolu ilə həllinə hazır olmadığını və onun növbəti dəfə danışıqlara əngəl törətdiyini sübut edir.

İşğalçının qorxusu: yenə qarayaxma kampaniyası

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların canlandırılması zərurətini ilk baxışdan sanki hər kəs anlayır. Rəsmi İrəvan da bununla bağlı tez-tez fikir bildirir. Lakin müzakirələrin aparılmasını işğalçı dövlətin rəhbərlərinin dərk etdiyini demək mümkün deyildir. Onlar keçən əsrin 90-cı illərində olduğu kimi, indi də müxtəlif bəhanələrlə sülh prosesini dalana salmağa çalışırlar. Məqsədləri aydındır – təcavüzkar siyasəti ört-basdır etmək və qonşu ölkənin ərazisinin bir hissəsini işğalda saxlamaq. Təəssüf ki, eyni yanaşmanı xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın son Moskva görüşü ərəfəsində erməni siyasi dairələri və ekspertlərinin yanaşmasında müşahidə etdik.

Moskva tərəfinin nazirlərin müzakirələri barədə məlumat verməmək haqqında öncədən xəbərdarlıq etməsinə baxmayaraq, rəsmi İrəvan böhtanlarla Azərbaycanı ittiham etmək kimi mənfur taktikadan əl çəkmədi. Erməni XİN-in sözçüsü utanmadan Azərbaycanın atəşkəsi pozduğunu və məqsədinin danışıqlara maneçilik törətməkdən ibarət olduğunu dilinə gətirdi. Təsəvvür edin, Moskvada münaqişəni dinc yolla həll etmək, tərəflər arasında ortaq nöqtələr tapmaq üçün nazirlər görüşürlər, eyni zamanda, Ermənistan XİN (danışıqda iştirak edən nazirin rəhbərlik etdiyi rəsmi orqan) məlumat yayır ki, Azərbaycanla müzakirələr nəticəsiz qalacaq. Deməli, ümumiyyətlə, Ermənistan hakimiyyətinin münaqişəni həll etmək fikri yoxdur. Səbəbi də çox aydındır.

Çünki Ermənistan bir işğalçıdır. Münaqişəni həll etməyin yolu İrəvanın işğaldan əl çəkməsini tələb edir. Bundan kənarda hansısa real həldən söhbət gedə bilməz. Başqa cür düşünmək, yel dəyirmanı ilə savaşmaq deməkdir. Yəni, konkret olaraq, Ermənistan zəbt etdiyi torpaqlardan rədd olub getməlidir. Rəsmi İrəvan da məhz bunu istəmir. Həmin səbəbdən də hər bir danışıq ərəfəsində, yaxud sənəd qəbul ediləndən sonra müxtəlif uydurmaları ortaya atır. Bu kontekstdə bir sadə həqiqəti demək istərdik: özlüyündə Ermənistan zəif və aciz dövlətdir, təkbaşına bir gün belə Azərbaycan qarşısında tab gətirə bilməz. Onun belə şıltaqlığının arxasında Rusiya və Qərbdəki havadarları dayanır.

Son Moskva müzakirələri ərəfəsi də erməni ekspertlərin irəli sürdükləri fikirlərdə bu məqam gizli də olsa, öz əksini tapıb. Onlar bir ağızdan gah Qərbin cəbhə xəttində monitorinqindən, gah da Moskvanın verdiyi "İsgəndər"lərdən danışırlar. Bunun fonunda Azərbaycanın Rusiyadan silah almasını Kremlin böyük xəyanəti kimi təqdim edirlər. Bundan kənarda Ermənistanın ekspert dairələrinin bircə dənə də olsun tezisi yoxdur. Çünki erməni dövləti kənar qüvvələrin yaratdığı qondarma bir şeydir.

Çox gülməlidir ki, Moskva görüşü ərəfəsi Ermənistan KİV-i Rusiyanı Azərbaycanı müdafiə edən tərəf kimi təqdim etməkdə dəridən-qabıqdan çıxıb. Guya Moskva ilə Bakı birləşib, “qəhrəman erməni ordusu”nu məğlub etməyə çalışır, lakin dığalar çox qoçaqlıq göstərirlər. Hətta erməni “komandosları”nı amerikalılar elə təchiz ediblər ki, hər anı izləyə bilirlər! Maraqlıdır, Vaşinqton Suriyada kürd terror qrupları ilə Cənubi Qafqazda erməni terrorçularını eyni fəallıqla silahlandırmaqdadır. ABŞ bu mövqeyi ilə Minsk qrupunun həmsədri olaraq, hara kimi gedə biləcək? Eyni sualı Fransa və Rusiya ilə bağlı verə bilərik. Onların cavabını zaman verəcək.

Vasitəçilik səmimiyyəti: həmsədrlərdə nə zaman olacaq?

Bunlara rəğmən, Moskva nazirləri danışıqlara dəvət edib ki, bu da müsbət addımdır. Belə kritik bir məqamda ermənilərin təxribatçı hərəkətlər etməsi təkcə Azərbaycana qarşı deyil, həm də Amerika, Fransa və Rusiyaya qarşı uyğunsuz hərəkətdir. Təəssüf ki, Rusiya XİN-dən bununla bağlı heç bir təpki eşidilmədi.

Ancaq xatırlarsınız, bir neçə ay öncə Rusiya XİN Azərbaycan tərəfini danışıqların gizli tərəfini açmaqda ittiham etmişdi. İndi Ermənistan XİN nümayəndəsinin Azərbaycanla bağlı çərənləməsinə niyə münasibət bildirilmir? Doğrudanmı, Ermənistan XİN-in mətbuat katibinin “Azərbaycanın heç bir tutarlı arqumenti yoxdur və danışıqların nəticəsi Bakını maraqlandırmır” kimi cəfəng fikri ilə Rusiya Xarici İşlər Nazirliyi razıdır? Onda danışıqlar nə üçündür? Onsuz da “qədim və hər şeyi bilən ermənilər" əvvəlcədən falçılıq edirlər!

Əslində, burada ziddiyyət yoxdur. Çünki Ermənistanın rəsmi dairələri daim münaqişənin sülh yolu ilə həllinə əngəllər yaradıblar. Bu da onların növbəti təxribatlarından biridir. Görünür, həmsədrlər də ermənilərin bu cür şıltaqlığına imkanlar yaradırlar. Əsas məsələ Azərbaycandan işğal edilmiş torpaqları qoparmaqdan və regionda bəzi dövlətlərin geosiyasi maraqlarını təmin etməkdən ibarətdir. Açığı, məsələ budur.

Biz Moskvada nazirlərin nələri müzakirə edib, hansı detallar üzərində dayandıqlarını bilmirik. Rusiya KİV-in yaydığı informasiyaya görə, tərəflər danışıqları davam etdirmək qərarı alıblar. Tərəflər Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaların şərtlərinə əməl etməyin zəruriliyini vurğulayıblar. Nazirlər “müzakirə edilən bütün məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar”.

Bundan başqa, E.Məmmədyarov və E.Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüblər. Onlar münaqişənin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

ATƏT-in fəallığının səbəbləri aydındır. Çünki son zamanlar Yaxın Şərqdə böyük dövlətlərin mübarizəsi o dərəcədə gərginləşib ki, Cənubi Qafqaz istiqamətində sabitliyin qorunması da aktuallaşıb. Bu kontekstdə İrəvan və Bakının nəbzini yoxlamağın mənası vardır. Rəsmi Moskvanın da bunda marağının olması sirr deyil. Təbii ki, Azərbaycan tərəfi regionda hansısa qeyri-müəyyənliyin yaranmasında qətiyyən maraqlı deyil. Əksinə, Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın təntənəsi hələlik məhz Azərbaycan və Türkiyənin güclənməsi sayəsində mümkün olub. Azərbaycan Ordusu erməni təxribatlarını yerindəcə boğur və ixtilafın yayılmasına imkan vermir. Eyni zamanda, rəsmi Bakı aktiv və dialoq məzmunlu diplomatiyası ilə proseslərin siyasi müzakirələr məcrasından çıxmasını əngəlləyir.

Bunlarla yanaşı, İŞİD kimi terror təşkilatları fəaliyyət taktikalarını dəyişirlər, biz sıra Qərb dövlətləri də Yaxın Şərqdə terror qruplarına yardımlarını artırırlar ki, bunun mənfi təsiri yaxın regionlarda da özünü göstərə bilər. Bu cür həssas geosiyasi vəziyyətin fonunda Dağlıq Qarabağ üzrə danışıqların real müstəvidə aktivləşməsi çox vacibdir. Lakin rəsmi İrəvan bundan qətiyyən maraqlı olmadığından hadisələrin hansı istiqamətdə davam edəcəyini proqnozlaşdırmaq çətindir.

Görüşlə bağlı verilən məhdud informasiyalar göstərir ki, bir tərəfdən regionda geosiyasi vəziyyət xeyli mürəkkəb olaraq qalır. Həmsədrlər də bundan ehtiyat edirlər. Onlar hər hansı kəskin hərəkətlərin və təxribatların olmasını arzulamırlar. Digər tərəfdən isə məhz ilk növbədə həmsədrlər təcavüzkara "dur" demək istəmirlər. Hətta belə bir ehtimal var ki, Yaxın Şərqdə terrorçulara necə yardım edilirsə, Dağlıq Qarabağdakı qanunsuz rejimə də eyni dəstəyi versinlər. Çünki Yaxın Şərq nümunəsi göstərir ki, supergüclər üçün bu istiqamətlərdə sərhəd çox mütəhərrikdir. Deməli, Cənubi Qafqazda yeni erməni təxribatlarını gözləməliyik. Onun təzahürü bu günə kimi olanlardan fərqli ola bilər. Lakin mahiyyət dəyişmir – erməni terroru davam edir!

Newtimes.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək