DÜNYA


Cənubi Sudanda 2 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir

Bakı, 30 iyun, AZƏRTAC

Cənubi Sudanda ən azı 1,7 milyon nəfər aclıq ilə qarşı-qarşıyadır. Bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Sudandakı şöbəsinin başçısı Maykl Çarlz bildirib.

Onun sözlərinə görə, iyunun 21-də Cənubi Sudanda aclığın sona çatdığı elan olunsa da, bu, təhlükənin tam aradan qaldırılması mənasına gəlmir. Ölkənin bir çox regionunda yerli əhali aclıqla qarşı-qarşıyadır və münaqişə tərəfləri işlərini davam etdirmələri üçün humanitar təşkilatların əməkdaşlarının ölkənin bütün rayonlarına sərbəst girişini təmin etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.