DÜNYA


Cənubi Sudanda qəzaya uğrayan təyyarədə olanların hamısı sağdır

Bakı, 20 mart, AZƏRTAC

Cənubi Sudanda qəzaya uğrayan təyyarənin ekipaj üzvləri və sərnişinləri arasında ölən olmayıb.

AZƏRTAC Ria Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə aeroportun meneceri Stiven Yunqule məlumat verib. O deyib ki, ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar.

Qeyd edək ki, Frans-Press agentliyi 14 nəfərin xəsarət aldığı barədə məlumat yaymışdı. Məlumatlarda təyyarədə 44 sərnişinin olduğu bildirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.