DÜNYA
Cənubi sudanlı yaraqlılar Efiopiyada 28 nəfəri qətlə yetirib
Bakı, 15 mart, AZƏRTAC
Cənubi Sudandan olan yaraqlılar Efiopiya ərazisinə daxil olaraq 28 nəfəri qətlə yetirib və 43 uşağı oğurlayıblar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Efiopiyanın hökumət orqanlarının məlumatına əsasən, hadisə Cənubi Sudanın Boma regionu ilə sərhəddə yerləşən Qambela və Cor vilayətlərində qeydə alınıb. Onların iddiasına görə, hücumu murle xalqının nümayəndələri həyata keçirib.
Nilot etnik qrupuna mənsub murle xalqı Cənubi Sudanda və Efiopiyanın bu ölkə ilə sərhəd rayonlarında məskunlaşıb. Bu xalqın nümayəndələri nuer adlı digər etnik qrupla düşmənçilik münasibətindədir. Hər iki xalqın silahlı dəstələri mütəmadi olaraq biri-birinin kəndlərinə hücum edərək qətllər törədir, insanları və mal-qaranı oğurlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]