DÜNYA


Cərrahlar Hindistan sakininin mədəsindən 40 bıçaq çıxarıblar

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Hindistan sakininin son iki ay ərzində udduğu onlarla bıçağı çıxarmaq üçün cərrahi əməliyyat lazım gəlib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, metal əşyaları yemək mərəzinə tutulmuş hindistanlının əməliyyat hazırlığı iki gün, əməliyyatın özü isə 5 saat davam edib. Əməliyyat nəticəsində onun mədəsində əsasən qatlanan cib bıçaqları aşkarlanıb. Onların bəziləri artıq çürüməyə başlayıb.

Uğurla keçən əməliyyatdan sonra 42 yaşlı pasiyent yalnız psixoloqu ziyarət etdikdən sonra xəstəxanadan buraxılacaq. Mütəxəssislər onun nadir psixoloji pozğunluqdan əziyyət çəkdiyini güman edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.