SİYASƏT


Cey Naqbe Sloh: Bakı Konqresi medianın üzləşdiyi problemlərdən çıxış yolunu göstərdi

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Bakı Konqresinin sessiyalarında xəbər agentliklərinin gələcəyi baxımından çox aktual məsələlər müzakirə edildi, medianın üzləşdiyi problemlərdən çıxış yolu göstərildi.

Liberiya Xəbər Agentliyinin baş direktoru və prezidenti Cey Naqbe Sloh Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən konqresi barədə təəssüratını AZƏRTAC-a müsahibəsində bölüşərkən belə deyib. O, ənənəvi jurnalistikanın qarşılaşdığı problemlərin həllinə yönəlmiş müzakirələrin hamı üçün faydalı olduğunu, habelə Bakı Konqresinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.

Bundan əvvəl Azərbaycan haqqında yalnız qəzet və jurnal materialları əsasında məlumat aldığını deyən afrikalı qonaq paytaxtımızın gözəlliyini, müasir infrastrukturunu, şəhər sakinlərinin qonaqpərvərliyini xüsusi qeyd edib və Bakıya məmnuniyyətlə yenidən gəlmək istəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.