DÜNYA


Ceyms Bond rolunu ifa edən aktyor Rocer Mur vəfat edib

Bakı, 23 may, AZƏRTAC

Ceyms Bond rolunun ifaçısı kimi məşhurlaşan britaniyalı aktyor Rocer Mur 90 yaşında dünyasını dəyişib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, aktyorun ailəsi onun xərçənglə “qısamüddətli, lakin cəsur” mübarizədən sonra İsveçrədə vəfat etdiyini deyib. Dəfn mərasiminin Monakoda keçiriləcəyi bildirilir.

Xatırladaq ki, Rocer Mur “Yaşa və ölməyə imkan ver” (1973), “Qızıl tapançalı adam” (1974), “Mənə aşiq olan casus” (1977), “Ay sürücüsü” (1979), “Yalnız sənin gözlərinin xətrinə” (1981), “Səkkizayaqlı ilbiz balası” (1983) və “Ölümə mənzərə” (1985) filmlərində agent 007 obrazını canlandırıb. Bondianadan getdikdən sonra aktyor UNICEF-in xoşməramlı səfiri olub. 2003-cü ildə xeyriyyə fəaliyyətinə görə “Cəngavər” tituluna layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.