DÜNYA


Ceyms Bullard: Dekabrda uçot dərəcəsinin artırılmasına müsbət baxıram

Bakı, 18 noyabr, AZƏRTAC

Federal Ehtiyatlar Sisteminin (FED) dekabr ayında keçiriləcək iclasında uçot dərəcəsinin artırılmasını dəstəkləyirəm. İnflyasiyanın çox yüksələcəyini indidən söyləmək tezdir.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Seynt Luis ştatının Federal Ehtiyat Bankının prezidenti Ceyms Bullard deyib.

“Bazarlar hazırda dekabrda faiz artımını yüksək ehtimal kimi görür. Mən də buna müsbət baxmağa başlayıram. Məncə, 2017-ci ildə nə baş verəcəyini düşünmək lazımdır”, - deyə C.Bullard qeyd edib.

C.Bullard deyib ki, ABŞ-ın yeni prezidenti Donald Trampın siyasəti iqtisadiyyatı dəstəkləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.