Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Ceyn Pirs: AZƏRTAC-ın birinci Avropa Oyunlarının işıqlandırılmasına cəlb olunan komandası yüksək peşəkarlıqla çalışdı VİDEO

Ceyn Pirs: AZƏRTAC-ın birinci Avropa Oyunlarının işıqlandırılmasına cəlb olunan komandası yüksək peşəkarlıqla çalışdı VİDEO

Bakı, 2 iyul, AZƏRTAC

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs medianın fəaliyyəti və Oyunların yekunları ilə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Birinci Avropa Oyunları başa çatdı. Bu Oyunlar həm yerli, həm də xarici media tərəfindən geniş işıqlandırıldı. Ümumilikdə yarışların işıqlandırılmasının səviyyəsi sizi qane etdimi?

- “Bakı-2015” ilk Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana çoxlu xarici media nümayəndələri gəlmişdi. İlk növbədə onu bildirmək istərdim ki, biz media nümayəndələrinin rahat işləməsi üçün xüsusi məkanlar və geniş imkanlar yaratmışdıq. Birinci Avropa Oyunlarının rəsmi internet səhifəsində “Mətbuat” düyməsini basmaqla istənilən idmançı haqqında məlumat əldə etmək mümkün idi.

Yarışların gedişi və nəticələri haqqında 583 xarici, 665 yerli media nümayəndəsi operativ xəbərlər hazırladı. Onların işi həqiqətən uğurlu və möhtəşəm idi. Jurnalistlərin və fotomüxbirlərin Oyunları daha yaxşı mövqedən izləyə bilmələri üçün hər cür şərait yaradılmışdı. Yerli və peşəkar komanda onlara bu işdə dəstəyini göstərdi. Düşünürəm ki, jurnalistlər məlumatları yarışların keçirildiyi məkanlardan operativ şəkildə ötürə bildilər. Deyə bilərəm ki, yarışların işıqlandırılmasının səviyyəsi məni tam qane etdi.

- Oyunların işıqlandırılmasında hansı yeniliklər tətbiq olundu?

- Birinci Avropa Oyunlarının proqramına bir neçə qeyri-Olimpiya idman növləri daxil edilmişdi. Yerli media nümayəndələrinin əksəriyyətinə belə mötəbər yarışları işıqlandırmaq imkanı verilmişdi. Digər əhəmiyyətli addımlardan biri “İ-zona”ların yaradılması idi. Bu, atletləri media nümayəndələrinə təqdim etməyin yeni, maraqlı üsullarından biri kimi uğurlu və müsbət nəticələr verdi. Bütün bunlar Oyunların müsbət cəhətlərindəndir. Düşünürəm ki, birinci Avropa Oyunları jurnalistlərin idman sahəsində biliklərinin daha da zənginləşdirilməsində böyük rol oynadı. Bir çox hallarda media nümayəndələri bu şəraitdən məmnunluqlarını bildirirdilər. Yüksək səviyyəli ilk Avropa Oyunları uğurla baş tutdu. Əminəm ki, “Bak-2015” bir çox istiqamətlərdə, eləcə də mətbuat sahəsində gələcək üçün bir miras olacaq.

- Yerli medianın Oyunlara diqqətini necə qiymətləndirirsiniz?

- Əminliklə deyə bilərəm ki, KİV nümayəndələri böyük canfəşanlıqla Oyunlarla bağlı məlumatların tez ötürülməsinə çalışdılar. Hətta onu deyərdim ki, jurnalistlər bütün idman növlərinin işıqlandırılmasına, eləcə də qaliblərdən müsahibələr alınmasına maraq göstərirdilər. Avropa Oyunları Əməliyyat Komitəsi media nümayəndələrinin üzləşdikləri hər hansı problemin həlli üçün əlindən gələni etdi. Boks, cüdo, güləş və samboya daha çox maraq var idi. Nəzərimdən qaçmayan daha bir məqam ondan ibarətdir ki, yerli jurnalistlər hətta beynəlxalq media nümayəndələrinə yardımçı olurdular. Bu da insanlarınızın nə qədər istiqanlı, qonaqpərvər olmalarından xəbər verir.

- Birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın fəaliyyəti barədə nə deyə bilərsiniz? Diqqətinizi ən çox hansı məqamlar cəlb etdi?

- AZƏRTAC bu işə bizim də istədiyimiz kimi tam məsuliyyətlə və yüksək peşəkarlıqla yanaşdı. Media tərəfdaşı olaraq bizim ümidlərimizi tamamilə doğrultdu. Açılış və bağlanış mərasimlərinin məşqlərindən etibarən BEGOC-un mətbuat əməliyyatları şöbəsi AZƏRTAC-ın əməkdaşları ilə bərabər işləməyə başladı. Jurnalistlər və fotomüxbirlər müqavilə öhdəliklərinə və tərəfdaşlıq qaydalarına tam əməl etdilər. Oyunları yüksək peşəkarlıqla işıqlandırdılar. İdmanın bütün növlərinə dair ən son yeniliklər, məlumatlar operativ şəkildə AZƏRTAC-ın internet səhifəsində yerləşdirildi. Mənim komandamın üzvlərinin hamısı agentliyinizin fəaliyyəti ilə bağlı hər zaman müsbət fikirlərini bildirirdi. Bir daha qeyd edirəm ki, AZƏRTAC-ın Oyunların işıqlandırılmasına cəlb olunmuş komandası mükəmməl idi və yüksək peşəkarlıqla çalışırdılar. Arenalarda hətta digər həmkarlarına yardım etməyə hazır idilər. Mən AZƏRTAC-ın bu fəaliyyətini təqdir edirəm.

- Gələcəkdə imkan yaransa, AZƏRTAC ilə yenə əməkdaşlıq edərdinizmi?

- Əlbəttə. AZƏRTAC ilə yenidən işləməkdən məmnunluq duyaram. Agentliyinizin əməkdaşları bizim göndərdiyimiz əlavə xəbərləri dərhal saytda yerləşdirir, işlərinə məsuliyyətlə yanaşır və hər hansı mövqe ilə bağlı tövsiyələrə əməl edirdilər. AZƏRTAC-dan olan dostlarımı, Bakını tərk edib gedirəm. Amma bu cür peşəkar komanda ilə yenidən birgə işləməyi səbirsizliklə gözləyirəm. İnanıram ki, biz beynəlxalq layihələrdə yenə bir araya gələcəyik.

- Yəqin ki, bundan sonra da bir sıra mötəbər yarışların təşkilində iştirak edəcəksiniz. Azərbaycanda bərabər çalışdığınız insanlardan həmin yarışların təşkilinə cəlb edəcəyiniz şəxslər olacaqmı?

- “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinə cəlb olunan komandanın üzvləri olduqca bacarıqlı, yüksək təhsilli gənclərdir. Biz ağır işi geridə qoyduq. Bu zəngin heyətlə, azərbaycanlı həmkarlarımızla birgə işimizi yüksək səviyyədə görməyə çalışdıq. Mətbuat əməliyyatları şöbəsində inanılmaz dərəcədə peşəkar, savadlı yerli gənclər var idi. Onlarla birgə işləməkdən həzz aldım. Hər hansı bir tərəddüd olmadan əgər təbii ki, birgə işləməyi qəbul etsələr, gələcəkdə onlarla çalışmaqdan məmnun olaram. Belə bir imkan yaranarsa, bu gənclərlə iş müqaviləsi imzalamağa, yenidən birgə işləməyə hazıram. Bu gənclərin Oyunların təşkilinə töhfələri danılmazdır.

- Azərbaycan, Bakı haqqında təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? Sizin xatirənizdə Oyunlar və Azərbaycan necə qalacaq?

- Onu deyə bilərəm ki, Odlar Yurdunda mənim artıq çox yaxın dostlarım var. Ümumiyyətlə, yeni, böyük peşəkar təcrübə qazandım, bilgilərimi daha da artırdım. Ölkənizin parlaq gələcəyi var. Azərbaycan sürətlə inkişaf edən gənc ölkədir. Nisbətən Şərqə məxsus, lakin kifayət qədər zəngin Avropa dəyərlərini özündə əks etdirən Azərbaycan hər zaman xalqların yaxınlaşmasına töhfələrini verir. Gənclərin gələcək karyerası ruhlandırıcıdır. Azərbaycanı belə xoş xatirələrlə tərk edirəm.

Mən “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı əldə etdiyimiz yüksək nailiyyətlərdən olduqca razıyam. Bu, bizim gərgin əməyimizin möhtəşəm təcəssümüdür. Oyunlar uğurları ilə tarixə yazıldı. Təsvirlər, videolar əsrarəngiz idi və əminəm ki, Avropa Olimpiya Komitəsi də nəticələrdən razıdır. AOK-un prezidenti Patrik Hikki Azərbaycanın Oyunlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Əlbəttə, zəngin irs olaraq könüllülərin fəaliyyətini xüsusi qeyd etməliyəm. Könüllülər ölkənizə gələn atletlər, turistlər, rəsmi şəxslərə hər cür yardım göstərmək üçün həvəslə çalışdılar. Düşünürəm ki, hər kəs könüllülərin fəaliyyəti ilə fəxr edə bilər.

Dövlət və hökumət orqanlarının fəaliyyəti, ümumiyyətlə hamının işi möhtəşəm idi. Hər kəs üzərinə düşən məsuliyyəti dərk edir, Oyunların peşəkarcasına təşkili üçün töhfəsini verirdi. Sponsorlara, tərəfdaşlara, mətbuata bir daha təşəkkürümü bildirirəm. Birinci Avropa Oyunları həqiqətən böyük nailiyyət hesab oluna bilər.

Ceyn Pirs: AZƏRTAC-ın birinci Avropa Oyunlarının işıqlandırılmasına cəlb olunan komandası yüksək peşəkarlıqla çalışdı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Güclü sümüklərə sahib olmağın yolları

Britaniyanın keçmiş baş naziri haqqında sənədli film çəkilib

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Paris metrosunda gediş haqqı ikiqat artırılır

BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir