ELM VƏ TEXNOLOGİYA


Ceyranbatan su təmizləmə sistemi elmin ən son nailiyyətləri əsasında qurulub

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Ceyranbatan su təmizləmə sisteminin işi ilə tanış olub. Sonra V.Abbasov “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ilə müasir təmizləmə sistemi ilə bağlı geniş fikir mübadiləsi aparıb və əməkdaşlıq məsələlərini müzakirə edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Q.Hüseynov perspektiv planlar haqqında məlumat verib, elmi və praktiki əməkdaşlıq sahəsində birgə fəaliyyətin məqsədəuyğunluğunu qeyd edib. Razılaşdırılıb ki, AMEA ilə imzalanmış memoranduma uyğun olaraq əməkdaşlıq müqavilələri hazırlansın.

Akademik V.Abbasov yeni sutəmizləmə sisteminin elmin ən son nailiyyətləri əsasında qurulduğunu, ölkəmiz və xüsusən də onun paytaxtı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Eyni zamanda ölkənin əksər yaşayış məskənlərinin yüksək keyfiyyətli içməli su ilə təmin edilməsini, rayon mərkəzlərində mərkəzləşmiş su-kanalizasiya sistemlərinin yaradılmasını “Azərsu” ASC-nin böyük uğuru kimi dəyərləndirib.

Görüşdə geniş əməkdaşlıq spektrləri müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.