CƏMİYYƏT


Cəzaçəkmə müəssisələrinin nəzdindəki ümumtəhsil müəssisələrində buraxılış imtahanları keçirilib

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında iştirak etmiş 197 məzununa (IX sinif üzrə 84 nəfər, XI sinif üzrə 117 nəfər) dövlət nümunəli təhsil sənədinin alınması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən yekun qiymətlər çıxarılıb.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, buraxılış imtahanlarında bu məzunlardan IX sinif üzrə dörd nəfər ana dili və riyaziyyat fənlərindən, XI sinif üzrə altı nəfər xarici dil fənnindən “4” və “5” qiymətləri alıb. Keçən il olduğu kimi bu il də TQDK tərəfindən xüsusi ümumtəhsil müəssisələrinə elmi-metodik dərs vəsaitlərinin təqdim edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.