DÜNYA


“ChemChina” və “Rosneft” Uzaq Şərq neft-kimya layihəsinin icrası üzrə müqavilə imzalayıb

A+ A

Bakı, 6 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Çinin “ChemChina” şirkəti Rusiyada Uzaq Şərq neft-kimya layihəsinin həyata keçirilməsi üçün bu ölkənin ən böyük neft şirkəti olan “Rosneft” ilə müqavilə imzalayıb.

AZƏRTAC “chemweek.com”a istinadla xəbər verir ki, layihənin Uzaq Şərqdə, Rusiyanın Nakhodka şəhərinin yaxınlığında həyata keçirilməsi planlaşdırılır. Yaradılacaq birgə şirkətdə “Rosneft” 60 faiz, “ChemChina” isə qalan 40 faizlik payçı olacaq. Bu layihə Asiya-Sakit okeanı bölgəsində bazara birbaşa çıxış imkanı yaradacaq. Birinci mərhələ üzrə illik 12 milyon ton məhsul istehsal edən zavodun inşasının 2020-ci ildə tamamlanması planlaşdırılır. İkinci mərhələ üzrə isə ildə 1,4 milyon ton etilen, 600 min ton propilen istehsal edəcək zavodun 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Müqavilə Çində keçirilən G20 sammiti çərçivəsində “ChemChina”nın sədri Ren Jianxin və “Rosneft”in idarə heyətinin sədri İqor Seçin tərəfindən imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.