İQTİSADİYYAT


“Chicco” mağazasında endirim “yağışı”

Bakı, 19 aprel, AZƏRTAC

Paytaxtımızın məşhur əyləncə və ticarət mərkəzlərində yerləşən “Chicco” mağazaları da ölkəmizdə keçirilən Bakı Şopinq Festivalına qoşulub.

Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, festival günlərində, bu mağazalarda alış-veriş indiyədək görünməmiş dərəcədə əlverişli olub.

Bakı Şopinq Festivalı günlərində Metropark, Port Baku, 28 Mall və Gənclik Mall-da yerləşən “Chicco” mağazalarına seçilmiş mallara 50 faizədək endirim tətbiq edilib. Bundan başqa, geyim və ayaqqabı alarkən 10 faiz endirim qazanacaqsınız. Hələ bu da son deyil! Dükanın güzəşt kartı sahiblərini əlavə olaraq, 10 faiz endirim sürprizləri gözləyir.

Bu fürsət mayın əvvəlinədək davam edəcək. Keyfiyyətli məhsulları ilə seçilən “Chicco” mağazasında mayın 10-dək xarici turistlərə və Azərbaycan vətəndaşlarına çox sərfəli şərtlərlə öz mallarını təklif edir. Üstəlik, alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.