İQTİSADİYYAT


“Chrome” “Flash” texnologiyasından imtina edib

Bakı, 10 avqust, AZƏRTAC

“Google” şirkəti “Chrome” brauzerində “Flash” texnologiyanın dəstəyinin dayandırılacağını rəsmən bəyan edib. “Mozilla Firefox” brauzerinin tərtibatçıları da müvafiq bəyanat veriblər.

AZƏRTAC “mail.ru” saytına istinadla xəbər verir ki, “Flash” internetdə geniş istifadə olunan texnologiyadır. Lakin bu texnologiya veb-səhifələrin 90 faizini həddən artıq yükləyir, nəticədə veb-səhifələrin yüklənməsinə xeyli vaxt sərf olunur. Bundan başqa, “Flash” texnologiyasında müntəzəm kritik boşluqlar aşkar edilir ki, bu da hakerlərə istifadəçi məlumatlara müdaxilə etməyə imkan verir.

“Google”un nümayəndələri bildirirlər ki, sentyabrda istifadəyə veriləcək “Chrome 53” versiyasında “Flash” texnologiyası bloklanacaq.

“Mozilla” isə konkret müddət bildirməyib. Ancaq tərtibatçılar iddia edirlər ki, “Flash”dan imtina brauzerin işləməsində ləngimə və başqa problemlərin yaranmasını 10 faiz azaldacaq.

“HTML5” texnologiyasından istifadə brauzerin işini sürətləndirəcək, çünki səhifəni daha effektiv təsvir edir. Populyar resursların əksəriyyəti “HTML5”i dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.