İQTİSADİYYAT


Cibuti Limanı və Azad Ticarət Zonasının sədri Bakı Limanı ilə tanış olub

A+ A

Bakı, 27 oktyabr, Elvin Camalov, AZƏRTAC

Cibuti Limanı və Azad Ticarət Zonasının sədri, Cibuti Milli Hava yollarının baş direktoru Əbubəkir Ömər Hadi və baş onun müşaviri Mahamed Aden Vaberi Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar.

Bu barədə AZƏRTAC-a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən bildirilib.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov qonaqlara yeni Bakı Limanının inkişaf planı barədə məlumat verib və yaradılan Ələt Azad Ticarət Zonasının dövlətin qeyri-neft sektorunun inkişafına, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini qeyd edib.

Qonaqlar yeni Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlar və liman əməliyyatları ilə tanış olublar. Xarici sürücülərin istirahəti üçün yaradılmış şərait, eləcə də Bakı Limanında fəaliyyət göstərən bank, poçt, sığorta və digər xidmətlər haqqında onlara ətraflı məlumat verilib. Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı və yaradılacaq Ələt Azad Ticarət Zonası nəyinki Azərbaycanın, eyni zamanda bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcək və eyni zamanda Azərbaycanın istehsal gücünü artıracaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.