CƏMİYYƏT
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib
Bakı, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 22-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 65 cinayət faktından 33-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 4 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 36 nəfər tutulub