CƏMİYYƏT
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutulub
Bakı, 29 dekabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 107 cinayət faktı qeydə alınıb. Onların da 33-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.