CƏMİYYƏT
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub
Bakı, 14 iyul, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 77 cinayət faktı qeydə alınıb. Onların 15-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.