MƏDƏNİYYƏT


“CinemaPlus” kinoteatrlar şəbəkəsi Milli Kino Gününü qeyd edəcək

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində kinematoqrafiya sahəsində çalışanların peşə bayramı olan 2 avqust - Milli Kino Günü qeyd olunacaq.

Kinoteatrdan AZƏRTAC-a bildirilib ki, həmin gün “28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” və Gəncə şəhərindəki “CinemaPlus Khamsa” kinoteatrlarında 1945-ci ildə Üzeyir Hacıbəyovun operettasının əsasında çəkilən “Arşın mal alan” filminin restavrasiya olunmuş yeni versiyası nümayiş olunacaq.

Həmçinin, həmin gün “Cinemaplus”-da “ADDIM” Gənclər Təşkilatı ilə birgə bir sıra filmlər də nümayiş olunacaq. Bura Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Yarımçıq xatirələr”, Xalq Yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında çəkilən “Xeyirlə şərin rəqsi”, “Pərdə” və “Dərs” filmləri daxildir.

Qeyd edək ki, biletlərin qiyməti “CinemaPlus”da 3, “CinemaPlus Khamsa”da isə 2 manat olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.