İQTİSADİYYAT


“Citigroup”: OPEC və Rusiya neft hasilatını azaltmaq və qiymətləri qorumaq üçün razılığa gələcəklər

A+ A

Bakı, 4 noyabr, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə Rusiya böyük ehtimalla neft hasilatında razılığa gələcəklər.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup Inc.”in əmtəə araşdırmaları üzrə rəhbəri Ed Morse bu qənaətdədir. O deyib: “Böyük ehtimalla OPEC və Rusiya neft hasilatını azaltmaq və qiymətləri qorumaq üçün razılıq əldə edəcəklər. Çünki Səudiyyə Ərəbistanı və Rusiya üçün bu razılıq çox vacibdir. Hər hansı bir addım atmaqda maraqlı olan tərəflərin qiymətləri qorumaq üçün yekdil qərar qəbul etmək baxımından ciddi olmalarını gözləyirik”.

“Citigroup” gələn il neftin qiymətinin daha yüksələcəyini və bunun da ABŞ-da hasilatın artmasına səbəb olacağını proqnozlaşdırır.

Qeyd edək ki, neftin qiyməti OPEC ölkələrinin oktyabrın 28-29-da Vyanada keçirdikləri yığıncaqda hər hansı bir razılaşma təmin edilə bilməməsindən sonra ucuzlaşmağa başlayıb. Azərbaycan, Rusiya və Braziliya kimi qeyri-OPEC ölkələri isə yığıncağın ikinci günündə iştirak ediblər. Oktyabr toplantısındakı müvəffəqiyyətsizlik OPEC ölkələrinin noyabrın 30-da Vyanada keçiriləcək danışıqlarında səkkiz ildən sonra ilk dəfə hasilatı “donduracaqlarına” ümidləri daha da artırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.