DÜNYA
Co Bayden Prezident Azadlıq Medalı ilə təltif edilib
Vaşinqton, 13 yanvar, AZƏRTAC
Yanvarın 12-də ABŞ Prezidenti Barak Obama vitse-prezident Co Baydeni Prezident Azadlıq Medalı ilə təltif edib.
Obama vitse-prezidentinin xidmətlərindən söhbət açaraq qeyd edib ki, Co Bayden ABŞ-ın ən yaxşı vitse-prezidentidir.
Bu təltif Bayden üçün sürpriz olub. Prezident Obama çıxış edərkən Bayden o qədər təsirlənib ki, göz yaşlarını saxlaya bilməyib.
Prezident Azadlıq Medalı ABŞ-ın ali mülki mükafatıdır. Müxtəlif illərdə Con Kennedi, Roma Papası II İohann Pavel, Ronald Reyqan, Martin Lüter Kinq, Jak-İv Kusto, Tereza Ana, Nelson Mandela və bir sıra başqa tanınmış şəxslər bu təltifə layiq görülüb.
Prezident Azadlıq Medalı 1946-cı il iyulun 6-da Prezident Harri Trumen tərəfindən Azadlıq Medalı kimi təsis edilib, 1963-cü il fevralın 22-də Prezident Con Kennedi tərəfindən bu təltifin adı dəyişdirilərək Prezident Azadlıq Medalı adlandırılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]